Gözəllik müsabiqəsində qalibin saçları alışdı


Dünya 29 Dek 2018 13:49:00 216 0

Gözəllik müsabiqəsində qalibin saçları alışdı

Afrikada təşkil olunan gözəllik müsabiqəsi faciəyə çevriləcəkdi.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, "Miss Africa" gözəllik müsabiqəsində bədbəxt hadisə baş verib.

Müsabiqənin qalibi seçilən Dorcas Kasindenin saçları yanıb. Saçlarının yandığından xəbərsiz olan model ağlayaraq digər iştirakçını qucaqlayıb.

Yanğına səbəb pirotexniki vasitələr olub. Konqo respublikasını təmsil edən 24 yaşlı modelin saçları yanıb.


Xəbərə aid fotolar