Hindistanda 3 qollu uşağı Allah bilib, ibadət etdilər


Dünya 29 Dek 2018 13:39:00 212 0

Hindistanda 3 qollu uşağı Allah bilib, ibadət etdilər

Hindistanda kənd camaatı mutasiayaya uğramış uşağı Allahın elçisi elan edib.

Son.az haberler-ə istinadla xəbər verir ki, Hindistanın Çxattisqarx ştatının Bilaspur vilayətində 3 qollu qız uşağı dünyaya gəlib.

Noyabr ayının 2-də Radhika Sahu adlı qadın 3 qollu uşaq doğub. Onun 3-cü qolu sinəsinə birləşik halda olub.

Qızın 3 qollu olması bütün kəndə yayılıb və kəndlilər onu müqəddəs şəxs hesab ediblər. Hətta bəziləri onun Allah olduğunu düşünərək ona ibadət belə ediblər.

Qızın 3 qolu olsa da, onun sağlamlığı ilə bağlı hər hansı problemi yoxdur.


Xəbərə aid fotolar