Salahın PSG-yə keçidinə nə mane olub?


İdman 29 Dek 2018 13:22:00 482 0

Salahın PSG-yə keçidinə nə mane olub?

Arsenal-ın baş məşqçisi olan Unai Emeri Liverpool-un hücumçusu Məhəmməd Salahla bağlı maraqlı açıqlama verib.

Goal.az xəbər verir ki, o, Fransanın PSG klubunu çalışdırarkən, misirli hücumçunu transfer etmək istədiklərini, lakin bu keçidlə bağlı müəyyən şübhələri olduğu üçün fikirlərindən daşındıqlarını etiraf edib:

“Salah hələ Roma-da oynayarkən PSG onun transfer variantlarını götür-qoy etməkdə idi. Lakin bizdə müəyyən şübhələr var idi. Nəticədə, Məhəmməd PSG-yə yox, Liverpool-a keçdi. Amma o, bu transferlə bizim həmin şübhələrin hamısını alt-üst etdi. Hazırda dünyanın ən yaxşı beş futbolçusundan ibarət siyahı hazırlansa, Salah mütləq o siyahıda olmalıdır”.