“Azərenerji” və “Azərişıq” bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək


Digərləri 29 Dek 2018 13:19:00 222 0

“Azərenerji” və “Azərişıq” bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramı günlərində istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar "Azərenerji" və "Azərişıq" ASC tərəfindən qabaqlayıcı tədbirlər görülüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, sistemin dayanıqlığı və etibarlığını qorumaq, istehlakçıları fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək, baş verə biləcək qəzaların dərhal aradan qaldırılmasını həyata keçirmək üçün "Azərenerji" və "Azərişıq" ASC-lərin rəhbərliyi tərəfindən müvafiq əmrlər imzalanıb.

Əmrlərə əsasən, hər iki Səhmdar Cəmiyyətlərin mərkəzi aparatları üzrə məsul şəxslərdən ibarət növbətçilik təşkil edilib, eyni zamanda sistem əhəmiyyətli yarımstansiya və stansiyalara birbaşa məsul şəxslər təyin edilib.