Təqaüdçü qadını qarət edən oğru: “Ət alanda pulu çıxardı, götürüb getdim”


Digərləri 29 Dek 2018 12:59:00 230 0

Təqaüdçü qadını qarət edən oğru: “Ət alanda pulu çıxardı, götürüb getdim”

Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin keçirdiyi əməliyyat zamanı Abşeron rayon Məmmədli kəndi ərazisində soyğunçuluq edən 25 yaşlı Ruhan Zülfüqarov saxlanılıb.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, o, Bakı şəhəri Sabunçu rayonu ərazisində öz təqaüdünü çıxararaq Məmmədli kəndinə gələn yaşlı qadın, Aypara Mütəllimovanın əlində olan pul qabını götürərək qaçıb. Amma çox uzağa gedə bilməyib.

Ruhan Zülfüqarov - saxlanılan şəxs: "Dalıyca düşüb gəldim Məmmədli kəndinə ət alanda pulu çıxardı, götürüb getdim".


Xəbərə aid fotolar