Nənə nəvəsini doğradı


Dünya 29 Dek 2018 12:24:00 297 0

Nənə nəvəsini doğradı

Nənə nəvəsini öldürüb, elektrikli mişarla cəsədini hissələrə ayırıb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, 63 yaşlı qadın nəvəsinin başına tava ilə dəfələrlə vuraraq onu qətlə yetirib.

Adı mətbuatda Lüdmila R. kimi keçən qadın nəvəsinin ölümündə ittiham olunsa da, həbs edilməyib.

Buna səbəb isə nəvənin nənənin həyatını "burnundan gətirməsidir". Belə ki, 42 yaşlı oğlan sərxoş haldaykən qadını zorlamaq istəyib.

"İçib gəlmişdi, məni keçmiş arvadı ilə səhv saldı, zorlamaq istədi", - deyə Lüdmila ifadəsində söyləyib.

Hadisə Rusiyanın Xabarovsk vilayətində baş verib. Qadın tava ilə nəvəsini öldürdükdən sonra onun cəsədini elektrikli mişarla doğrayıb.

Qeyd edək ki, Lüdmila sərbəst buraxılsa da, 23 ay müddətinə şəhəri tərk edə bilməz.

Videonu izləmək üçün şəklə klikləyin:

Emin Son.az


Xəbərə aid fotolar