Evə girən "bomj"lar özləri üçün yemək bişirərkən tutuldular


Dünya 29 Dek 2018 12:04:00 244 0

Evə girən "bomj"lar özləri üçün yemək bişirərkən tutuldular

Evə girən "bomj"lar oğurluqda təqsirləndirilərək saxlanılıb.

Son.az nypost-a istinadla xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında iki evsiz şəxs sahibi evdə olmayan mənzilə daxil olaraq özlərinə yemək bişiriblər.

Ev sahibi Robby Spillman KNBC-TV-yə açıqlama verərək bildirib ki, evə girəndə şoka düşüb. O, iki "bomj"un özlərinə yemək hazırladığını görüb.

O, evsiz şəxslərdən pis iy gəldiyini və paltarlarının yırtıq olduğunu da söyləyib.