Ucarda qəza: avtomobildən 1 nəfərin meyti çıxarılıb,


Digərləri 29 Dek 2018 11:54:00 204 0

Ucarda qəza: avtomobildən 1 nəfərin meyti çıxarılıb,

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az-a FHN-dən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, rayonun Müsüslü kəndində "KamAZ" markalı yük avtomobili və "Opel" markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir) sərnişinin meyitini və digər 1 nəfər sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil verib.