Növbəti sürət qatarları Qəbələ və Yalama istiqamətlərində olacaq


Digərləri 29 Dek 2018 11:54:19 198 0

Növbəti sürət qatarları Qəbələ və Yalama istiqamətlərində olacaq

Böyük ehtimalla növbəti sürət qatarları Qəbələ və Yalama istiqamətlərində olacaq.

Bakı. Ceyhun Ələkbərov - Böyük ehtimalla növbəti sürət qatarları Qəbələ və Yalama istiqamətlərində olacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib. C.Qurbanov bildirib ki, artıq bu istiqamətlərdə işlərə başlanıb: “Tikinti işləri qaydasında gedərsə, növbəti ilin sonlarına Qəbələ istiqamətində yol təhvil veriləcək. Texniki imkanlarımız bunu reallaşdırmağa imkan verir. Növbəti istiqamət isə Yalama olacaq”. QSC sədri əlavə edib ki, Bakı-Yalama yolunun tikintisi üçün artıq tender elan olunub: "Prosesin iki il çəkməsi gözlənilir, çünki bu yol daha mürəkkəbdir. Orada yeraltı və yerüstü keçidlər olacaq”.