İranlılar ölkədən qaçır, Avropaya axışırlar


Dünya 29 Dek 2018 11:29:00 447 0

İranlılar ölkədən qaçır, Avropaya axışırlar

"Bir həftə əvvəl dostum Əbülfəz yük maşının altında gizləndi və sərhədi keçdi. Onun bəxti gətirdi. Avropa Birliyinin sərhədini keçmək istəyən hər 20 nəfərimizdən 18-ni Xorvatiyanın sərhəd polisi turur. Telefonu alır, pulları oğurlayırlar. Bir də cəhd etməyəsən deyə, alçaldır, döyür, adamın qətiyyətini məhv etmək istəyirlər".

Bunu 30 yaşlı iranlı Araş Əvazadə deyir.

Son.az Daily Mail-ə istinadən bildirir ki, İrandakı paltar dükanını satıb ölkəni tərk edən A.Avazadə 600-ə yaxın iranlı miqrantla birlikdə Serbiyadadır. Onlar Xorvatiyaya keçmək, daha sonra Fransanın Kale şəhərinə yollanmaq, oradan da Britaniyaya keçmək istəyirlər.

"38 yaşlı Pedram adlı dostum vardı. Bu günlərdə vəfat etdi. Burada öldü", - Araş söyləyib.


Xəbərə aid fotolar