Sabunçuda 3 otaqlı ev yandı


Digərləri 29 Dek 2018 10:44:00 434 0

Sabunçuda 3 otaqlı ev yandı

Bakıda yanğın faktı qeydə alınıb.

Son.az-a FHN-dən verilən məlumata görə, paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 60 m² olan taxta konstruksiyadan ibarət birmərtəbəli 3 otaqlı evin bir otağının tavanı 15 m² sahədə və digər otağın divar üzlüyü 12 m² sahədə yanıb.

Məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​