Samsung Qled TV yeni ilə yeni imkanlarla


Digərləri 29 Dek 2018 10:00:00 504 0

Samsung Qled TV  yeni ilə yeni imkanlarla

Hər birimiz, yeni ilin ilk anlarını yaxınlarımızla, televizor qarşısında keçirəcəyik. Bütün ölkə maraqla geri sayımı və bayram atəşfəşanlığını izləyəcək. Bu səbəbdən demək olar ki, televizor həyatımızda vacib məna daşıyır. Sözü gedən "qara qutular" hər birimizin evində vardır, lakin zaman-zaman divarda ki, bu  böyük həcmli qara nöqtələr, həyatımıza sıxıntı gətirir. Samsung-dan yeni Qled TV ilə televizor sizin istədiyiniz görüntüyə malik olacaq. Xüsusi Ambient Mode rejimi  sayəsində televizor ətraf mühitin interyerinə uyğunlaşır.   İstədiyiniz halda ekranda xəbərlər və hava proqnozu kimi vacib məlumatı əks etdirə bilərsiniz. Həmçinin, Qled TV ilə qonaq otağınızı sevdiyiniz rəssamların əl işləri ilə bəzəyə, hətta televizoru divar üzərində "gizlədə" bilərsiniz. Samsung-un rəsmi YouTube kanalında təqdim edilmiş qısametrajlı çarx, bir toxunuşla televizorunuzu dekor elementinə asanlıqla çevirə biləcəyiniz barədə bəhs edir. Belə ki, Ambien Mode rejimində, Qled TV ətraf dizayna uyğunlaşaraq, divar üzərindəki təsviri, ekranda əks etdirir və gözünüz önündə sanki yoxa çıxır.

Qeyd etmək gərəkdir ki, Samsung Qled, həmdə geniş multimedia bacarıqlarına malik "ağıllı televizordur".  Yeni xəttin modelləri Smart TV texnologiyası ilə təchiz olunub ki, burada siz istədiyiniz kontentdən zövq alıb, video və filmləri onlayn izləyə bilərsiniz. Həmçinin, Qled  ilə siz, bütün qoşulmaları bir idarə etmə pultu - One Connect ilə idarə edə bilərsiniz. Daha çox kontent - daha asan idarə etmə! Televizordan istifadə hələ bu qədər asan olmamışdır!

Yeni ili Samsung Qled ilə qarşılayın, qoy 2019-ci il, sizə daha çox unudulmaz anlar bəxş etsin!