Bakıda məktəbə gedən 14 yaşlı qız itkin düşdü


Digərləri 29 Dek 2018 09:06:00 295 0

Bakıda məktəbə gedən 14 yaşlı qız itkin düşdü

Bakıda azyaşlı qız itkin düşüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Biləcəri qəsəbəsi, Q.Məmmədov küçəsi, ev 22 j ünvanında yaşayan, 2004-cü il təvəllüdlü Camallı Xədicə Ramiz qızı dekabrın 27-də səhər saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Məlumata görə, X.Camallı səhər saat 08 radələrində məktəbə getmək adı ilə evdən çıxıb.

Faktla bağlı araşdırmalara başlanılıb.