Dövlət Departamenti: İsrailin İrandan qorunmaq hüququ var


Dünya 29 Dek 2018 08:53:00 390 0

Dövlət Departamenti: İsrailin İrandan qorunmaq hüququ var

ABŞ Dövlət Departamenti nümayəndəsinin müavini Robert Palladino bildirib ki, Vaşinqton İsrailin İrandan özünü müdafiə hüququnu dəstəkləyir.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Amerika xarici siyasət idarəsinin saytında qeyd olunub.

"Birləşmiş Ştatlar İsrailin yəhudi xalqının milli təhlükəsizliyinə təhlükə yaradan İranın regiondakı hərəkətlərindən özünü müdafiə etmək hüququnu tam dəstəkləyir", - deyə o bildirib.