500 mindən çox kompüter bu virusa yoluxub


Digərləri 29 Dek 2018 08:41:00 226 0

500 mindən çox kompüter bu virusa yoluxub

2017-ci ildə 300 mindən çox kompüterə zərər vurmuş "WannaCry" adlandırılmış təhlükəli virus 100 minlərlə qurğuda aşkar edilib. Bu haqda "Twitter" bloqunda "KryptosLogic" şirkətinin təhlükəsizlik və təhdidlərin təhlili bölməsi rəhbəri Ceymi Henkins deyib.   Son.az ICTnews-a istinadən bildirir ki, məlumata görə, şirkətin mütəxəssisləri bir gün ərzində 220 min yoluxdurulmuş kompüterdən göndərilmiş 3 milyon sorğu qeydə alıblar. Mütəxəssislər bir həftə ərzində 194 ölkədə 640 min qurğudan göndərilmiş 17 milyondan çox sorğu müşahidə ediblər.   Sözügedən virusa yoluxmuş ən çox qurğu Çin, Rusiya, Hindistan, İndoneziya və Vyetnamda qeydə alınıb.   Cari ilin noyabrında kibertəhlükəsizlik sahəsi üzrə ekspertlər "WannaCry" virusunu planetdə ən geniş yayılmış fırıldaqçı proqram təminatı adlandırıblar.