Sumqayıtda intihar etmək istəyən şəxs xilas edilib


Digərləri 29 Dek 2018 08:43:00 214 0

Sumqayıtda intihar etmək istəyən şəxs xilas edilib

Sumqayıtda intihar etmək istəyən şəxs xilas edilib.

Son.az Trend-ə istinadən bildirir ki, Sumqayıt şəhərində 1 nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Əməliyyat başa çatıb​