Pulsarla işləyən saatdan istifadə olunur


Digərləri 29 Dek 2018 08:31:00 463 0

Pulsarla işləyən saatdan istifadə olunur

Avropa Kosmik Agentliyinin (ESA) Niderlandda yerləşən texniki mərkəzi vaxtı bir neçə sürətlə dövrə vuran neytron ulduzların milli-saniyə tezliyinin radioimpulsları vasitəsilə ölçən saatdan istifadəyə başlayıb.

Son.az ICTnews-a istinadən bildirir ki, pulsarlara əsaslanan vaxtölçən sistem agentliyin Niderlanddakı mərkəzində qurulub və bütün Avropa üzrə beş radioteleskop vasitəsilə cari müşahidələrə əsaslanır. Pulsar öz qütbündən şüa buraxan maqnit sahəli sürətlə dövrə vuran neytron ulduzlar tipidir. Pulsarların dövrə vurması onların ekstremal sıxlığı sayəsində dayanıqlı qalır. Pulsarlar müntəzəm radiosəsləri şüalandırır. "PulChron" proqramı isə peyk naviqasiya vaxtının pulsar əsasında generasiya və monitorinqi üçün vaxt şkalasının effektivliyini nümayiş etdirmək məqsədi daşıyır.