Dünyanın ən nadir quş növlərindən biri aşkarlandı VİDEO


Digərləri 29 Dek 2018 08:28:00 396 0

Dünyanın ən nadir quş növlərindən biri aşkarlandı  VİDEO

Braziliyada bir neçə ay aparılan axtarışlardan sonra, nəhayət ki, planetin ən nadir quş növlərindən biri yenidən aşkar olunub.

Son.az "Report"a istinadən bildirir ki, Ştrezemann topakolosu (Merulaxis stresemanni) ekzotik adlı bu nadir quş növünün uzun quyruğu, orta ölçüsü və alnında xarakterik kəkili var.

Onun qeyri-adi oxumağı var. Alimlər hesab edirlər ki, dünyada bu quşlardan bir neçə fərd qalıb. Dekabrda iki dişi quşun müşahidə olunması təbiət mühafizəçilərinə onları nəsli kəsilməkdən xilas etməyin hələ də gec olmamasına ümidləndirib.

Şərqi Braziliyanın kiçik regionunda tapılan Ştrezemann topakolosuna ilk dəfə 1830-cu illərdə rast gəlinib.