Abşeronda evdən 40 min manatlıq oğurluq edən şəxs saxlanılıb FOTO


Digərləri 29 Dek 2018 08:18:00 306 0

Abşeronda evdən 40 min manatlıq oğurluq edən şəxs saxlanılıb  FOTO

Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində oğurluq hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, polisin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində Aşağı Güzdək qəsəbəsində fərdi yaşayış evindən 40 min manat dəyərində oğurluq edən Ramiz Bağırov saxlanılıb.

Araşdırma zamanı məlum olub, saxlanılan şəxs öz həmkəndlisinin evinə girməklə, oradan müxtəlif növdə xalçalar, çılçıraqlar və digər qiymətli əşyalar oğurlayıb. Ümumilikdə vətəndaşa 40 min manat maddi ziyan dəyib.


Xəbərə aid fotolar