Almaniyadan Danimarkaya 8 milyardlıq tunel tikiləcək


Digərləri 29 Dek 2018 08:02:00 536 0

Almaniyadan Danimarkaya 8 milyardlıq  tunel tikiləcək

Almaniya hökuməti ölkəni Danimarka ilə birləşdirəcək və dəyəri 8 milyard dollardan çox olacaq tunelin tikinti layihəsini təsdiq edib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə cümə günü "Reuters" agentliyi məlumat yayıb.

Dənizin dibi ilə Danimarka və Almaniyanı ayıran Ferman-Belt boğazından keçəcək tunel 19 km. uzunluğunda olacaq. Onun Almaniyanın Femarn adası il Danimarkanın Lollan adası arasında çəkilməsi nəzərdə tutulur. Tikintiyə icazəni Almaniyanın Şlezviq-Qolşteyn federal torpağının Nəqliyyat Nazirliyi verib. Danimarka hökuməti layihəni 2015-ci ildə təsdiq edib.