Ailə səadətinə belə qovuşdular


Digərləri 29 Dek 2018 07:11:00 534 0

Ailə səadətinə belə qovuşdular

Allah insanı Cəhənnəmdə yandırmaq üçün, min bir əzab və çətinliklər çəkməsi üçün yaratmayıb. İnsan əbədi xoşbəxtlik, səadət, Allaha ibadət etmək üçün yaradılıb. Əgər biri bədbəxtdirsə, bilməlidir ki, bu bədbəxtçiliyin baiskarı elə özüdür. Xoşbəxtliyini də hər kəs öz əlləri ilə inşa edir...

Xoşbəxt qadının xatirələri.

"Bir zamanlar ərimlə mənim nə avtomobilimiz, nə evimiz, nə də məzuniyyətimizi hansısa kurortda keçirməyə dair planlarımız yox idi. O, mənə yanacaqdoldurma məntəqəsində tələsik aldığı gül dəstəsi gətirdi. Bu, ailə qurduğumuzdan sonra mənə bağışladığı ilk güllər idi. Çiçəklər artıq büzüşmüşdülər, solurdular. Dəstəni ondan qəbul edib dedim:

- Bilirsən, belə bir deyim var: bağışladığın güllər nə qədər uzunömürlü olsalar, cütlüyün münasibətləri də bir o qədər möhkəm olar.

Ərim hər axşam işdən evə dönən kimi ilk olaraq həyəcanlı halda güldana nəzər salırdı. Həmən güllər 3 həftə güldanda qaldılar.