Cənubi Koreyanın ixracında yeni rekord qeydə alınıb


Dünya 28 Dek 2018 22:50:00 418 0

Cənubi Koreyanın ixracında yeni rekord qeydə alınıb

Cənubi Koreya bu il ölkə tarixində rekord məbləğdə - 600 milyard ABŞ dollarından çox məhsul ixrac edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Cənubi Koreyanın Ticarət, Sənaye və Enerji Nazirliyi məlumat yayıb. Cənubi Koreya ABŞ, Almaniya, Yaponiya və Çindən sonra 600 milyard dollarlıq ixrac səviyyəsini ötən beşinci ölkədir. Bildirilir ki, Asiyanın dördüncü böyük iqtisadiyyatına sahib olan Cənubi Koreyanın ixracı orta hesabla hər il 16 faiz artıb. 1948-ci ildə ölkənin ixracı cəmi 19 milyon dollar səviyyəsində olub.