Böyrək kistləri nədir, xərçəngə çevrilirmi? Azərbaycanda çox insanda aşkar olunur


Digərləri 28 Dek 2018 22:11:00 507 0

Böyrək kistləri nədir, xərçəngə çevrilirmi?  Azərbaycanda çox insanda aşkar olunur

50 yaşdan yuxarı demək olar, bütün insanların yarısında bir və ya iki böyrəkdə kistlə aşkar olunur. Kistlər USM müayinəsində görünür.

Son.az medicina.az-a istinadən böyrək kistlərinin səbəbini təqdim edir. Xəstələri ən çox qorxudan məqam kistlərin onkoloji şişlərlə səhv salınması və əməliyyatdır.

Kist - kisəcik, suluq, qabarcıq kimi görənən tək-tək çıxan törəmələrdir. Orqanın yumşaq toxumasında yerləşir, xoşxassəlidir, nadir hallarda patologiya aşkarlanır, heç bir ağrı və ya ağırlaşma vermir. Daha çox kişilərdə rastlanır. 

Ən çox yayılmış kist formaları parenximatoz, polikistoz, sinus kistləridir.  Polikistoz irsi, anadangəlmə xəstəlik olub, böyrəyin üzərini örtən çoxsaylı, sıx kistlərin sayəsində üzüm forması almasıdır.

Kistlərin yaranma səbəbləri:

Səbəblər tam bəlli deyil, kist yaradan çox məqamlar ola bilər. Hətta travmadan sonra da böyrəklərdə kist formalaşa bilər.

Simptomları:

Kistlər ölçüsündə böyüdükdə bu əlamətlər olur: - Beldə, böyrək üstü və ətrafda ağrı -Hərarət -Tez-tez sidiyə getmə -Sidikdə qan, rənginin tündləşməsi -Təzyiqin " oynaması"

Diaqnostikası:

Usm və KT, qan, sidik analizi, kreatinin miqdarının ölçülməsi və s. 

Müalicəsi: