Onu Onkologiya xəstəxanasından evə ölməyə göndərmişdilər... 1975ci ilin xərçəng əleyhinə resepti


Digərləri 28 Dek 2018 22:05:00 339 0

Onu Onkologiya xəstəxanasından evə ölməyə göndərmişdilər...  1975ci ilin xərçəng əleyhinə resepti

Bu məqalə 1984-cü ildə Moskva qəzetlərində dərc olunmuşdu

Rusiyalı qadın Moskva Onkologiya xəstəxanasında 2 dəfə 3-cü dərəcəli uşaqlıq xərçəngi diaqnozu ilə əməliyyat olunduqdan sonra həkimlər onda irəliləyiş görmədiyinə görə evə yazırlar. Qadın ömrünə 1 ay qaldığını da öyrənir.

Evdə, yataqda ümidsiz yatan xəstə əlinə keçən köhnə qəzetdə bütün orqanizmi gücləndirən bir resept oxuyur. "Heç olmazsa, bir az özümə gəlim, ağrılarım azalsın" deyə onu hazırlayır. Bu reseptlə qadın həyatını xilas edir.

Son.az medicina.az-a istinadən 1975-ci ildə dərc olunmuş və bir qadını xərçəngin əlindən almış həmin resepti təqdim edir:

Lətli aloe yarpaqlarından 4-5 ədəd qırıb yuyur, üstdəki tikanlarını təmizləyir,  tənzifdə suyunu süzüb, ət çəkəndən keçirirsiz.2 litr aloe şirəsi alınmalıdır. Bura 2 kq təmiz bal və 2 butul kaqor ( qırmızı şərab, çaxır) əlavə olunur. Hamısını emallı qabda qarışdırıb, 3 litrlik balonlara süzüb, qaranlıq yerdə 10 gün saxlayırsız. 10 gün sonra balondakını süzür, alınan məhluldan gündə 1 xörək qaşığı yeməkdən əvvəl içirsiz. İlk günlər çay qaşığı ilə başlaya bilərsiz.