Cənubi Koreyaya sığınmış Şimali koreyalılar haqqında məlumatlar kompüterdən oğurlanıb


Dünya 28 Dek 2018 21:50:00 294 0

Cənubi Koreyaya sığınmış Şimali koreyalılar haqqında məlumatlar kompüterdən oğurlanıb

Koreya Xalq Demokratik Respublikasından (KXDR) qaçıb Cənubi Koreyaya sığınmış 997 nəfər haqqında fərdi məlumatlar kompüterdən oğurlanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Cənubi Koreyaya sığınmış KXDR vətəndaşlarının məskunlaşması məsələləri ilə məşğul olan mərkəzdəki kompüterlər haker hücumuna məruz qalıb. Hələlik haker hücumunun haradan və kim tərəfindən edildiyi bilinmir.

Cənubi Koreyanın Birləşmə Nazirliyi bəyan edib ki, oğurlanan fərdi məlumatlar arasında KXDR-dən qaçıb gələnlərin adları, doğum tarixləri, yaşayış ünvanları da var. Fərdi məlumatları oğurlanmış şəxslər məsələ barədə xəbərdar edilib.