Koçaryanın girov müqabilində azad edilməsinə dair məhkəmə istintaqı təxirə salınıb


Dünya 28 Dek 2018 21:41:00 287 0

Koçaryanın girov müqabilində azad edilməsinə dair məhkəmə istintaqı təxirə salınıb

Ermənistan Apellyasiya Məhkəməsi sabiq prezident Robert Koçaryanın girov müqabilində azad edilməsinə dair məhkəmə istintaqını təxirə salıb.

Son.az "report"-a istinadən xəbər verir ki, bunu R.Koçaryanın vəkili Aram Orbalyan jurnalistlərə bildirib.

"İstintaq qurumlarımız çox məşğul olduqlarından iş vaxtı başa çatandan sonra çalışmağın mümkün olmadığı qənaətinə gəliblər. Onların tələbi ilə məhkəmə Koçaryanın girov müqabilində azad edilməsi tələbinə dair dinləməni yanvarın 9-dək təxirə salıb", - A.Orbalyan bildirib.