ABŞ Konqresi ölkə büdcəsinə yenə səs verməyib


Dünya 28 Dek 2018 21:35:00 477 0

ABŞ Konqresi ölkə büdcəsinə yenə səs verməyib

ABŞ Konqresinin hər iki palatası dekabrın 27-də keçirilən iclasda şatdaun, yəni federal hakimiyyət orqanlarının işinin qismən dayandırılması probleminə son qoymaq üçün heç bir addım atmayıb. İclasın gedişi Nümayəndələr Palatasının və Senatın saytlarında canlı yayımlanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bundan sonra qanunverici orqanın hər iki palatası yalnız dekabrın 31-də yerli vaxtla saat 10:00-da yığışacaq.

Bir qədər əvvəl Ağ evin administrativ-büdcə idarəsinin direktoru Mik Malveni Fox News telekanalının efirində ABŞ-ın federal hökumət orqanlarının işinin bərpasının yanvarın 3-dək, yəni Konqresin yeni sessiyasının açılışına qədər uzana biləcəyini deyib.