Evlənmək istəyən 350 nəfərdə sifilis aşkarlandı


Digərləri 28 Dek 2018 21:23:00 272 0

Evlənmək istəyən 350 nəfərdə sifilis aşkarlandı

Artıq Azərbaycanda talassemiyalı xəstə uşaqların doğulmasının qarşısının alınması istiqamətində konkret addımlar atılır. 

Son.az oxu.az-a istinadən xəbər verir ki,  bunu Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov kollegiya iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, il ərzində 126 mindən çox insanın qan nümunəsi müayinə olunub:

"Onların arasında 3842 talassemiya daşıyıcısı, 152 qazanılmış immun çatışmazlığı sindromu, 350 sifilis xəstəliyi aşkar edilib. Müayinə olunanların arasında talassemiyalı 55 cütlük aşkarlanıb. Bu cütlüklərdən hamilə qalmış qadınların hər birindən götürülmüş döl materialının müayinəsi aparılıb.