Latviyalıların yarısı ailə dəyərlərinin azaldığı qənaətindədir


Dünya 28 Dek 2018 21:26:00 452 0

Latviyalıların yarısı ailə dəyərlərinin azaldığı qənaətindədir

Latviya əhalisinin yarısı hesab edir ki, yaşadıqları cəmiyyətdə ailə dəyərləri getdikcə azalır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, əhali arasında aparılan sorğunun nəticələrinə görə, respondentlərin 44 faizi ailə dəyərlərinin artıq əvvəlki kimi aktual olmadığı, insanların ailəsi ilə keçirməli olduqları bütün vaxtı texnologiyaya həsr etdiyi və lazımsız stereotiplərin meydana gəldiyi qənaətindədir. Sorğuda iştirak edən 18 faiz isə cəmiyyətdə fərdiləşmə prosesinin gücləndiyini bildiriblər.

Rəyi soruşulanların yalnız beşdəbir hissəsi hesab edir ki, son illərdə ailə dəyərlərinin əhəmiyyəti azalmayıb, qalan 17 faiz isə onların artdığını söyləyib.