Müsəlmanlar üçün məscid vergisi tətbiq olunacaq


Dünya 28 Dek 2018 21:17:00 488 0

Müsəlmanlar üçün məscid vergisi tətbiq olunacaq

Almaniya hökuməti "kilsə yığımı" nümunəsinə əsaslanaraq, müsəlmanlardan məsciddən istifadəyə görə vergi toplamağı planlaşdırır.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bundestaqın deputatları bu yolla məscidlərin ərəb dövlətlərinin dotasiyalarından asılılığını azaltmağa və radikal cərəyanların qarşısını almağa çalışırlar.

Almaniyada yaşayan bir çox müsəlmanlar qanunun qəbul olunacağı təqdirdə bunun müsəlmanların ciddi etirazına səbəb olacağını və çox sayda müsəlmanın vergidən yayınaraq radikallara qoşulacağını güman edirlər.

Almaniyada kilsə vergisi kilsənin rəsmi olaraq dövlətdən ayrılmasından sonra, XIX əsrin sonlarından tətbiq olunur. XX əsrin əvvəllərində "dini vergi" qanun şəklində təsbit olunub və onun toplanması dövlətə həvalə olunub. Qanun buna qədər yalnız katolik və protestantlara şamil olunurdu.