Avronun gələcəyi yenidən təhlükə altındadır


Dünya 28 Dek 2018 21:02:00 502 0

Avronun gələcəyi yenidən təhlükə altındadır

Avropa Komissiyasının sədri Jan-Klod Yunker avronun gələcəyinin yenidən təhlükə altında olacağı ilə bağlı narahatlığını ifadə edib. Borclu ölkələrin, xüsusən Yunanıstanın xilas edilməsi kimi dramatik maliyyə əməliyyatlarından sonra İtaliyada baş verənlər də təşvişə səbəb olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hazırda İtaliyanın dövlət borcu ÜDM-nin həcmindən 130 faiz yuxarıdır. Bu göstəriciyə görə İtaliya Yunanıstandan sonra ikinci yerdədir.