Bolqarıstan əhalisinin təxminən yarısı özünü Aİ vətəndaşı hiss etmir


Dünya 28 Dek 2018 21:08:00 533 0

Bolqarıstan əhalisinin təxminən yarısı özünü Aİ vətəndaşı hiss etmir

Bolqarıstan əhalisi Avropa İttifaqı (Aİ) ölkələri içərisində özünü bu birliyin vətəndaşları hiss edənlər arasında sonuncu yerdədir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Avrobarometr təşkilatının apardığı sorğunun nəticələrinə görə, ölkə əhalisinin 47 faizi özünü Aİ vətəndaşı hiss etmir. Yunanıstanda bu rəqəm 52 faiz təşkil edir. Özünü ən çox Aİ-li hiss edən ölkələr sırasında Lüksemburq 89 faizlə liderdir. İkinci yeri 86 faizlə Almaniya, üçüncü yeri isə 85 faizlə İtaliya tutur.