Yeniyetmələrə siqaret satanlar yenə cərimələndi


Digərləri 28 Dek 2018 20:34:00 742 0

Yeniyetmələrə siqaret satanlar yenə cərimələndi

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, dekabrın 27-də Nazirliyin Baş İctimai Təhlükəsizlik və Yasamal Rayon Polis idarələrinin əməkdaşları birgə tədbirlər keçiriblər.

Reydlər nəticəsində rayon ərazisində 2 köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.