U-19 Samir Əliyevə tapşırıldı


İdman 28 Dek 2018 20:30:00 600 0

U-19 Samir Əliyevə tapşırıldı

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının yeni baş məşqçisinin adı məlum olub.

Goal.az xəbər verir ki, AFFA-nın Məşqçilər Komitəsi və baş katibliyin birgə müzakirələri, Məşqçilər Komitəsinin müvafiq təqdimatına əsasən, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında 2019-cu ilin oktyabr ayında keçiriləcək Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək Azərbaycan U-19 millisinin hazırlıq prosesinə start verilməsi məqsədilə baş məşqçi vəzifəsi Samir Əliyevə həvalə olunub.

U-19 millisini Vüqar Məmməd çalışdırırdı. Bir müddət əvvəl AFFA-nın baş katibi Elxan Məmmədov verdiyi açıqlamada bildirmişdi ki, Məmməd postunda qalacaq