Tramp hərbi sirri açdı


Digərləri 28 Dek 2018 19:24:00 303 0

Tramp hərbi sirri açdı

ABŞ mətbuatında Prezident Donald Trampın İraqa səfəri zamanı hərbi düşərgədə çəkdirdiyi fotoşəkillər, eləcə də videogörüntülər sərt tənqid olunub.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu görüntüləri ABŞ prezidenti öz Tvitter səhifəsində paylaşıb.

Görüntülərdən Donald Tramp və həyat yoldaşı Melanyanın hərbi bazanın şəxsi heyətilə söhbət etdiyi, fotoşəkillər çəkdirdikləri bəlli olur.

Trampın hərbi bazanın xüsusiyyətini nəzərə almaması - hərbi qulluqçuların üzlərinin maskalanmamış görüntüsü, bazanın ərazisinin görüntülərdə əks olunması hərbi mütəxəssislər tərəfindən gizli məlumatların açıqlanması kimi qiymətləndirilib.

ABŞ-da böyük nüfuza malik sabiq kəşfiyyatçı Malkolm Nance məsələyə münasibət bildirərkən qeyd edib ki, burada çox mühüm prosedurlar pozulub: