Ancelina Coli siyasətçi olacaq


Dünya 28 Dek 2018 19:29:00 295 0

Ancelina Coli siyasətçi olacaq

Hollivud ulduzu Ancelina Coli gələcəkdə siyasətçi olmağı nəzərdən keçirir.

Son.az oxu.az-a istinadən xəbər verir ki, kinoaktrisa BBC-nin "Today" proqramına qonaq olaraq, bır sıra mövzular ətrafında geniş müsahibə verib.

Kinokaryerası ilə yanaşı, BMT-nın Qaçqınların işləri üzrə Ali Komissarlığının xüsusi səfiri olan Coli 20 il əvvəl belə bir fikri ağlına belə gətirməsə də, hazırda siyasətçi olacağını istisna etmədiyini dilə gətirib.