Direktorların işə qəbulu üzrə müsahibələr yanvarın sonunadək yekunlaşacaq


Digərləri 28 Dek 2018 19:11:00 731 0

Direktorların işə qəbulu üzrə müsahibələr yanvarın sonunadək yekunlaşacaq

Dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi davam edir. Direktorların işə qəbulu üzrə müsahibələrə dekabrın 5-dən başlanılıb. Bu günədək 350 nəfər namizədlə müsahibələr aparılıb.

Təhsil Nazirliyindən Son.az-a verilən məlumata görə, direktorların işə qəbulu üzrə müsahibə mərhələsi yanvarın sonunadək davam edəcək. Bu mərhələdə 700-dən artıq namizəd iştirak edəcək.

Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü 5 ballıq şkala ilə qiymətləndirilir. Bu mərhələ üzrə keçid balı 3 bal müəyyən edilir.