Yunanıstandan şok etiraf:


Dünya 28 Dek 2018 19:09:00 268 0

Yunanıstandan şok etiraf:

Türkiyə ilə Yunanıstan arasında aparılan silahlanma yarışında Ankara Afinanı çox üstələyir.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı hərbi mənbələrə istinadən təhlil aparıb.

"Türkiyə bizdən çox öndədir, çünki öz silahlarını istehsal edir. Bizim kimi tək bir ölkədən asılı deyillər. Rusiya ilə də ortaqlıqları var. 2000-ci illərdən etibarən müdafiə sənayesi sahəsində Türkiyədən çox geridə qaldıq. Aradakı məsafə hər ötən gün artır. Türklər F-35 qırıcılarını ölkələrinə gətirmək üçün gün sayır. Ordumuzu idarə edənlər vəziyyətin fərqindədir. Hökumət artıq ağlını başına toplamalıdır. Ölkəmizin müdafiəsi bir sonrakı seçkilərdən daha önəmlidir", - təhlildə deyilib.