Neft Fondunun investisiya siyasətinə dəyişiklik edilib


Siyasət 28 Dek 2018 18:57:00 695 0

Neft Fondunun investisiya siyasətinə dəyişiklik edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"da dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən 2.1.7-ci yarımbənddə "BB-" və "Ba3" işarələri müvafiq olaraq "B-" və "B3" işarələri ilə əvəz edilir.

Həmin yarımbənddə qeyd edilir ki, bu qaydaların 3.3-cü bəndinin səkkizinci yarımbəndi ilə müəyyən edilən hallarda Neft Fondunun valyuta vəsaiti üzrə hesabların açıldığı, beynəlxalq maliyyə bazarlarında tərəf müqabili olan və Neft Fonduna qiymətli kağızlar üzrə depozitar xidmətləri göstərən banklar və digər maliyyə təsisatları qeyri-investisiya reytinqinə (reytinqi "BB-" (Standart ənd Purz, Fiç) və ya "Ba3" (Mudiz) kredit reytinqindən aşağı olmamaq şərtilə) malik ola bilər.

3.3-cü bəndin səkkizinci yarımbəndi aşağıdakı redaksiyada verilir

"investisiya portfelinin məcmu dəyərinin 5%-dən artıq olmaması şərtilə (o cümlədən 1%-ə qədəri reytinqi "B-" (Standard ənd Purz, Fiç) və ya "B3" (Mudiz) kredit reytinqindən aşağı olmayan, qalan hissəsi isə reytinqi "BB-" (Standard ənd Purz, Fiç) və ya "Ba3" (Mudiz) kredit reytinqindən aşağı olmayan) qeyri-investisiya reytinqinə malik borc öhdəlikləri və ya təsisatlardakı depozitlər.".

İnvestisiya portfelinin məcmu dəyərinin 5%-dən artıq olmaması şərtilə qeyri investisiya reytinqinə malik, lakin reytinqi "BB-" (Standard ənd Purz, Fiç) və ya "Ba3" (Mudiz) kredit reytinqindən aşağı olmayan borc öhdəlikləri və ya təsisatlardakı depozitlər.

Son.az