Külli miqdarda dələduzluqda təqsirləndirilən iş adamı azadlığa buraxıldı


Digərləri 28 Dek 2018 18:17:00 519 0

Külli miqdarda dələduzluqda təqsirləndirilən iş adamı azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və vergidən yayınmaqda təqsirləndirilən iş adamı Xanlar Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror X.Cəfərovun 6 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkilləri müvəkkiləri barəsində 70-ci (şərti) maddəsini tədbiq edilməsini tələb edib.

Onlar bildiriblər ki, zərərçəkənlərə dəymiş ziyan ödənilib.