Təhlil mərkəzi: Azərbaycan və Ermənistan arasında iqtisadi fərq rekord göstəriciyə çatıb


Siyasət 28 Dek 2018 18:07:00 585 0

Təhlil mərkəzi: Azərbaycan və Ermənistan arasında iqtisadi fərq rekord göstəriciyə çatıb

2018-ci ildə Azərbaycan və Ermənistanın iqtisadi potensialları arasındakı fərq rekord göstəriciyə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı mətbuat konfransında deyib.

İcraçı direktor bildirib ki, Azərbaycanın iqtisadiyyatı Ermənistan iqtisadiyyatını 4 dəfə, strateji valyuta ehtiyatlarını 20 dəfə, əhali sayını isə 3,3 dəfə üstələyir.

V.Qasımlı əlavə edib ki, Ermənistanın dörd dövlət sərhədindən ikisi bağlıdır, ikisi isə məhdud imkanlarla işləyir:

"Bütün neft-qaz, nəqliyyat-logistika, İKT layihələrindən kənarda qalan işğalçı ölkə zəifləməkdə və Azərbaycanın kölgəsində qalmaqda davam edir".

İcraçı direktor vurğulayıb ki, Ermənistan Azərbaycan ərazilərinin işğalından əl çəksə, Azərbaycanın imkanları hesabına bütün regionun inkişafı üçün şərait yarana bilər.

Son.az 


Xəbərə aid fotolar