Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası təsis olunub


Digərləri 28 Dek 2018 17:49:55 802 0

Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası təsis olunub

Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası təsis olunub.

Bakı. Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası təsis olunub. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, bununla bağlı dekabrın 28-də Bakı Biznes Mərkəzində keçirilmiş təsis yığıncağında çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə sənayenin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi və innovasiyaların tətbiqi istiqamətində həyata keçirilən sistemli və kompleks tədbirləri vurğulayıb. Qeyd olunub ki, dövlət - sahibkar münasibətlərinin genişləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin əlaqələndirilməsi və müvafiq sahənin inkişafı ilə bağlı təkliflərin hazırlanması məqsədilə indiyədək 20-ə yaxın sahəvi assosiasiya yaradılıb və uğurla fəaliyyət göstərirlər. Niyazi Səfərov Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının sənaye müəssisələri arasında əməkdaşlığın qurulması baxımından əhəmiyyətli olacağını, İqtisadiyyat Nazirliyinin assosiasiyaların fəaliyyətini dəstəkləyəcəyini vurğulayıb.