Beynəlxalq Muğam Mərkəzi fəaliyyətinin 10 illiyini qeyd etdi


Kriminal 28 Dek 2018 17:41:00 338 0

Beynəlxalq Muğam Mərkəzi fəaliyyətinin 10 illiyini qeyd etdi

Dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzində fəaliyyətinin 10 illiyi münasibətilə təntənəli tədbir keçirilib.

Son.az xəbər verir ki, tədbirdə Mədəniyyət naziri Əbülfəz Qarayev, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov, "Mədəniyyə kanalının direktoru Ramil Qasımov və incəsənət nümayəndələri iştirak ediblər.

Qonaqlar əvvəlcə büstləri Mərkəzin foyesində yerləşən görkəmli muğam ustadlarının həyat və yaradıcılığı haqqında məlumat daşıyan müasir interaktiv lövhələrlə, yeni açılan qədim musiqi alətləri ekspozisiyası və muğam sənəti ilə bağlı kitab sərgisi ilə tanış olublar. Mərkəzin foyesində "Əsrlərin sədası" ansamblı çıxış edib.  

Yubiley tədbirində mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, 10 il bundan əvvəl məhz bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə Beynəlxalq Muğam Mərkəzinin açılışı olub. "Heydər Əliyev Fondunun möhtəşəm layihələri sırasında xüsusi əhəmiyyəti olan bu Mərkəzin inşası Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Mərkəzin bu qısa müddət ərzində fəaliyyətinə nəzər saldıqda görürük ki, nə qədər uğurlu yol keçib. Muğam keçmişlə bu gün arasında, Azərbaycan ilə dünya xalqlarının mədəniyyəti arasında mənəvi körpüdür", - deyə nazir qeyd edib. 

Son illər muğamın ölkəmizin hüdudlarından kənarda da şöhrət tapdığını deyən nazir muğam sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük zəhməti olduğunu vurğulayıb. Muğam ifaçılığı, tar və kamança bir daha təsdiq etdilər ki, Azərbaycan xalqının yaratdığı incəsənət nümunələri bütün bəşəriyyətə məxsusdur. 

Bildirib ki, bu musiqi beynəlxalq səviyyədə bu gün yüksək səviyyədə qəbul edilirsə, buna görə də ölkəmizdə bu cür Muğam Mərkəzinin yaradılması çox zəruri idi. 

Binanın formasının Azərbaycanın qədim musiqi alətlərindən olan tarı xatırladığını deyən nazir bildirib ki, Muğam Mərkəzi paytaxtın ən gözəl, memarlıq abidələrindən biridir.