Tacları əllərindən alınan gözəllər


Digərləri 28 Dek 2018 17:34:00 598 0

Tacları əllərindən alınan gözəllər

http://olke.az/news/detail/taclari-ellerinden-alinan-gozeller-gozellik-musabiqelerindeki-qalmaqallar-145641

Dünyanın dörd bir tərəfində gözəllik müsabiqələri keçirir.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, oxucularına bu müsabiqələrdə baş verən qalmaqalları toplayıb. Bir çox səbəbdən bəzi gözəllərin tacı əlindən alınıb. Bəzi gözəllər isə məhkum olub.

1.Əsl gözəl başqası çıxdı

2015-ci ildə ABŞ-ın Las-Veqas şəhərində keçirilən "Miss Universe" müsabiqəsində qalibin adını səhv elan ediblər. Müsabiqədə birinci yeri kolumbiyalı Ariadna Qutierrezin tutduğu elan edildi. Əslində isə birinci seçilən Pia Alonzo Vurtzbax idi.

2.İş adamları ilə əlaqəsi üzə çıxdı

"Miss Venesuela" gözəllik müsabiqəsi bəzi gözəllərin pul qarşılığında iş adamları ilə cinsi əlaqəyə girdiyi üçün təxirə salınıb.

3.Narkotik maddə istifadəçisi

2006-cı ildə "Miss USA" müsabiqəsində birinci olan Tara Konnerin narkotik maddə istifadəçisi olduğu üzə çıxdı. Donald Tramp Taranın reabilitasiya prosesində tacının onda qalacağını bildirib gözələ ikinci şans verdi. Sonradan keçirilən "Miss Universe" müsabiqəsində Konner beşinci oldu.

4.Trans olduğu üzə çıxdı

"Miss Universe Canada" müsabiqəsində Cenna Talaçkovanın trans olduğu üzə çıxdı və yarışdan uzaqlaşdırıldı

5.Seks kasetləri ortaya çıxdı

2009-cu ildə "Miss USA" qalibi olan Kerri Prejinin sonradan seks kasetləri üzə çıxdı. Bu hadisədən sonra gözəlin tacı əlindən alındı.

6.Bakirə olmadığı üçün tacı alındı

1983-cü ildə Türkiyə gözəli seçilən Hülya Avşarın əvvəlcə bir dəfə ərdə olduğu və bakirə olmadığı üçün tacı əlindən alındı.

7.Narkotik maddə alverçisi


Xəbərə aid fotolar