Samir Nəsriyə rəsmi təklif


İdman 28 Dek 2018 17:24:00 543 0

Samir Nəsriyə rəsmi təklif

İki aydır West Ham-də məşqlərə çıxan Samir Nəsrinin klubdakı taleyinə aydınlıq gəlib.

Goal.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Premyer Liqa təmsilçisi Fransa millisinin sabiq üzvünə rəsmi təklif edib.

Müqavilənin müddəti mövsümün sonuna kimi nəzərdə tutulub. London klubu 31 yaşlı yarımmüdafiəçiyə həftəlik 90 min avro maaş vermək niyyətindədir. Nəsrinin kluba cavabı barədə məlumat verilməyib.

Qeyd edək ki, Arsenal, Manchester City, Sevilla kimi klublarda çıxış edən Nəsrinin 18 aylıq dopinq cəza müddəti başa çatmaq üzrədir.