İlahiyyat İnstitutunda İctimai Nəzarət Şurasının iclası keçirilib


Digərləri 28 Dek 2018 17:19:00 257 0

İlahiyyat İnstitutunda İctimai Nəzarət Şurasının iclası keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) İctimai Nəzarət Şurasının iclası keçirilib.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) İctimai Nəzarət Şurasının iclası keçirilib. Aİİ-dən Trend-ə verilən məlumata görə, rektor Ceyhun Məmmədov Şura üzvlərinə Aİİ-nin strukturu və inkişaf strategiyası, elm və tədris fəaliyyəti haqqında ətraflı məlumat verib, nəzərdə tutulan hədəflərə nail olmaq üçün Şura tərəfindən dəyərli təkliflərin veriləcəyinə əmin olduğunu bildirib. İnstitutda imtahanların təşkili barədə çıxış edən rektor Ceyhun Məmmədov bildirib ki, imtahanlar bir qayda olaraq yazılı formada aparılır, zərurət yarandığı hallarda bəzi fənlər üzrə şifahi-dialoq və ya test formasında keçirilir.