Poqba gedəsi olmadı


İdman 28 Dek 2018 16:52:00 583 0

Poqba gedəsi olmadı

Joze Mourinyonun istefaya göndərilməsi yarımmüdafiəçi Pol Poqbanın qərarını dəyişib.

Goal.az Britaniya mətbuatına istinadən xəbər verir ki, fransalı ulduz futbolçu artıq qalmaq barədə düşünür.

Mourinyo ilə yola getmədiyi üçün komandadan ayrılmaq istəyən 25 yaşlı orta sahə oyunçusu portuqaliyalının gedişindən sonra yeni müqaviləyə də razıdır. "Qırmızı şeytanlar" bununla bağlı futbolçunun menecerinə müraciət edib və tərəflər yeni müqavilə məsələsinin müzakirəsinə start veriblər.

Qeyd edək ki, Pol Poqbanın Manchester United-lə müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.