Noyabr ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlandı


Digərləri 28 Dek 2018 16:22:00 329 0

Noyabr ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlandı

30 noyabr 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,827.2 mln. manat, cəmi öhdəlikləri isə 25,579.7 mln. manat təşkil edib.

Son.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sektorun balans kapitalı 4,247.5 mln. manat olub. 2018-ci ilin noyabr ayı ərzində bank sektorunun aktivləri cari ilin oktyabr ayı ilə müqayisədə 0.5% (137 mln. manat), öhdəlikləri 0.2% (61.5 mln. manat), balans kapitalı isə 1.8% (75.5 mln. manat) artıb. Noyabr ayında bankların kredit portfeli 2.4% (282.9 mln. manat) artaraq 12,171.2 mln. manat təşkil edib. Ümumilikdə 2018-ci ilin 11 ayında bank sektorunun kredit portfeli 7.4% (834.5 mln. manat) artıb.

Noyabr ayında fiziki şəxslərin əmanətləri 7,989.9 mln. manat təşkil edib. Ümumilikdə, 2018-ci ilin 11 ayında fiziki şəxslərin əmanətlərində 5.9% (447.4 mln. manat) artım olub.

Cari ilin 11 ayı ərzində banklar 644 mln. manat əməliyyat mənfəəti, 306.3 mln. manat xalis mənfəət generasiya edib.