Topaz Premyer Liqasının "qabanları"


İdman 28 Dek 2018 16:30:00 508 0

Topaz Premyer Liqasının "qabanları"

2018-ci il son günlərini yaşamaqdadır. Bir neçə gündən sonra “İt”i “Qaban” əvəzləyəcək. Yeni gələn 2019-cu il bu heyvanı təcəssüm edəcək.

Goal.az xəbər verir ki, Topaz Premyer Liqasının cari mövsümündə “Qaban” ilində anadan olan futbolçular az deyil. Söhbət əsasən 1995-ci il təvəllüdlülərdən gedir ki, onlar 24 yaşlarını qeyd edəcək.

Amma çempionatımızda 1983-cü il doğumlu oyunçular da mübarizə aparır. Bunlar ukraynalı legionerlər Dmitri Bezotosnı və Marko Deviçdi. Sonuncu “Sabah”ın əsas qol ümididisə, qolkiper “Qəbələ”nin çərçivəsini qorumaqdadır.

Topaz Premyer Liqasının ilk yarısında meydana çıxan daha 14 oyunçu “Qaban” ilində doğulub.

Onlardan beşi çempionluq uğrunda mübarizə aparan “cütlüy”ün üzvləridi. Abbas Hüseynov, Coşqun Diniyev, Rahil Məmmədov “Qarabağ”la titulu qorumaq niyyətindədisə, Mirabdulla Abbasovla Namiq Ələsgərov “qış çempionluğu”nu sonadək qorumaq arzusundadır.

Belə oyunçular “Zirə”də daha çoxdur. İlk yarıda meydana çıxan Adil Nağıyev, Sadiq Quliyev, Tellur Mütəllimov, Vüsal İsgəndərli “Qaban” ilindəndi. Lakin onlardan biri – Adil komandasını tərk edərək “Sumqayıt”a yollanıb. O, bu klubdakı həmyaşıdı Aleksey İsayevə qoşulub.

“Keşlə”də iki belə futbolçudan biri klubu tərk edib. Paytaxt təmsilçisində “Qaban” ilində doğulanlar Məmməd Quliyevla Samir Məsimov idi.

“Qəbələ”də 36 yaşlı Bezotosnı özündən 12 yaş kiçik Evin Camalovla eyni rəmzli ildə doğulub.

“Sabah” kimi “Səbail”də də yalnız bir futbolçu “Qaban” ilində anadan olub. Bu da Orxan Qurbanlıdır.

“Qaban” ilində anadan olan və mövsümün ilk yarısında meydana çıxanlar

Məmməd Quliyev

Keşlə

Samir Məsimov

Keşlə

Mirabdulla Abbasov

Neftçi

Namiq Ələsgərov

Neftçi

Abbas Hüseynov

Qarabağ

Coşqun Diniyev

Qarabağ

Rahil Məmmədov

Qarabağ

Dmitri Bezotosnı

Qəbələ

Elvin Camalov

Qəbələ

Marko Deviç

Sabah

Orxan Qurbanlı

Səbail

Aleksey İsayev

Sumqayıt

Adil Nağıyev

Zirə

Sadiq Quliyev

Zirə

Tellur Mütəllimov

Zirə

Vüsal İsgəndərli

Zirə

Matc.az