Di Kaprio ilk evini satır FOTO


Digərləri 28 Dek 2018 16:08:00 416 0

Di Kaprio ilk evini satır  FOTO

Amerikalı aktyor, Hollivud ulduzu Leonardo Di Kaprio ilk evini satır.

Son.az TMZ-yə istinadən bildirir ki, aktyor bu evi 1999-cu ildə, "Titanik" filmindəki baş rola görə aldığı qonorar hesabına əldə etmişdi.

Lors-Anceles şəhərinin Silver Leyk səmtində yerləşən, ispan memarlığı stilində olan evin satış qiyməti 1,749 milyon dollardır.

Aktyor bu evi 20 il əvvəl 772 min dollara almışdı. Evdə sonradan genişmiqyaslı, əsaslı təmir işləri görülüb.


Xəbərə aid fotolar